Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər TƏBİB-in tabeliyindəki Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, tibb müəssisəsində zəruri tibbi xidmətlər göstərilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda Reanimasiya şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, dünən Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “ Toyota” markalı avtomobillər toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 5 nəfər isə xəstəxanaya yerləşdirilib.