Bank Of Baku

Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib, 6-sı ölüb

Oktyabrda KTM-ə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib, 6-sı ölüb
# 02 noyabr 2023 12:29 (UTC +04:00)

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.
Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb.

Qeyd edilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR