Bank Of Baku

Ombudsman: Yüzlərlə azərbaycanlı əsirlik dövründəki təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar

Ombudsman: Yüzlərlə azərbaycanlı əsirlik dövründəki təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar
# 30 oktyabr 2023 11:05 (UTC +04:00)

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyasının 01.12.2020-ci ilə görə verdiyi açıqlamaya əsasən, 3890 nəfər itkin kimi qeydiyyata alınıb ki, həmin şəxslərin bugünə qədər yalnız 872 nəfəri barədə məlumat əldə edilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatında bildirib.

Hesabatda bildirilib ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən və qaytarılan insanların verdiyi ifadələr və jurnalist müsahibələri müxtəlif tərkibli cinayətlərin mövcudluğunu aşkarlayır:

“Yüzlərlə azərbaycanlı əsirlik dövründə gördüyü fiziki, psixoloji təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar. Belə ki, Kəlbəcər rayonunun işğalı (02.04.1993) zamanı girov götürülən azərbaycanlılara “nəzarət edən” erməni əsilli həkim Aida Serobyan 31.03.1993-cü il təvəllüdlü Arzu Hacıyevə naməlum tərkibli iynələr yeridərək, uşağın ömürlük əlil qalmasına səbəb olub. Arzu Hacıyev 2003-cü ildə dünyasını dəyişib.

Hərbi əsirlərə qarşı tətbiq olunan çoxsaylı işgəncə faktlarından biri kimi Mürşüdov Sədrəddin Aslan oğlunun döyüldükdən sonra şüşə qırıqları udmağa məcbur edilməsi aşkarlanıb. Bundan əlavə, tərəflər arasında cəsədlərin dəyişdirilməsindən sonra aparılan tibbi ekspertizalar nəticəsində cansız bədənlər üzərində ölümündən əvvəl və sonra işgəncə, alçaldılma kimi əməllərin həyata keçirilməsi təsdiqlənib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR