2022-ci ildə 15-17 yaşda analar tərəfindən 2011 diri doğulan körpə olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bunlardan 111 körpə rəsmi nikahda olan analar tərəfindən, 1900-ü isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
18-19 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 10381 nəfər olub ki, bunlardan da 7092 körpə rəsmi nikahda olan, 3289 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
20-24 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 40580 nəfər olub ki, bunlardan da 34554 körpə rəsmi nikahda olan, 6026 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
25-29 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 38038 nəfər olub ki, bunlardan da 34607 körpə rəsmi nikahda olan, 3431 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
30-34 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 21930 nəfər olub ki, bunlardan da 19551 körpə rəsmi nikahda olan, 2379 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
35-39 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 8024 nəfər olub ki, bunlardan da 6622 körpə rəsmi nikahda olan, 1402 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
40-44 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 1569 nəfər olub ki, bunlardan da 1243 körpə rəsmi nikahda olan, 326 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
45-49 yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 250 nəfər olub ki, bunlardan da 201 körpə rəsmi nikahda olan, 49 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən diri doğulanların sayı 63 nəfər olub ki, bunlardan da 51 körpə rəsmi nikahda olan, 12 körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.
Qeyd edək ki, 2022-ci ildə rəsmi qeydə alınmış və rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən 122846 diri doğulan uşaq olub ki, bunlardan 104032 nəfər rəsmi qeydə alınmış analar tərəfindən, 18814 nəfər körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.