2022-ci il ərzində Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində insan həyatı və ya sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 702 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair 767 sayda qərar qəbul edilib.
APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd olunub ki, aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində 115 baş heyvan, 4,2 min ton, 699,2 min litr və 76,7 min ədəd müxtəlif növ məhsullar məhv edilib, 4,8 min ton və 50 min ədəd məhsul zərərsizləşdirilib, 579,9 ton məhsul isə utilizasiya edilib.