Ötən il istehsalatda bədbəxt hadisələr nəticəsində 34 nəfər ölüb

Ötən il istehsalatda bədbəxt hadisələr nəticəsində 34 nəfər ölüb
# 17 mart 2023 12:15 (UTC +04:00)

Ötən il istehsalatla bağlı 237 bədbəxt hadisənin təhqiqatı aparılıb, 12-si qrup halında olan bu hadisələr nəticəsində 34 nəfər vəfat edib, 247 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 281 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub. Aparılmış təhqiqatların nəticəsi olaraq işəgötürənlərə əməyin mühafizəsi tələblərinin təmin edilməsi ilə bağlı 1027 göstəriş verilib.

2022-ci il ərzində DƏMX tərəfindən işəgötürənlərə ƏMAS-da xəbərdarlıqların yerləşdirilməsi, SMS bildirişlərin, məktubların göndərilməsi, onlarla görüşlərin keçirilməsi kimi tədbirlər görülüb.

Tədbirlər nəticəsində 324 işəgötürənə törədilmiş inzibati xətalara görə DƏMX-in vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vaxt və hüquqi şəxslər barəsində inzibati qararlar qəbul edilərək 738 min manat məbləğində cərimə tətbiq edilib. 4,9 min işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması ilə bağlı müqavilələrin bağlanılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR