Bank Of Baku

Ötən il qanunsuz ov edən 136 şəxs saxlanılıb, 13-ü xarici vətəndaşdır

Ötən il qanunsuz ov edən 136 şəxs saxlanılıb, 13-ü xarici vətəndaşdır
# 13 mart 2026 12:10 (UTC +04:00)

2025-ci ildə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 136 şəxs saxlanılıb. Onlardan 13-ü xarici vətəndaşdır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, maddi sübut kimi 71 ədəd ov silahı, 430 ədəd patron, qanunsuz ovlanmış 369 baş quş, 5 baş heyvan götürülmüş, cərimə tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR