Biz itkin düşən şəxslərin taleyinin müəyyən olunması ilə bağlı Ermənistanla birgə mexanizmin yaradılması müzakirəsinə açığıq.
APA xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Çünki itkin düşmüş şəxslərin, kütləvi məzarlıqların aşkar olunması çox mürəkkəb prosesdir. Buna görə birgə mexanizm səmərəli ola bilər", - o deyib.