Bank Of Baku

PA-nın sektor müdiri: "Məscidlərimizi təhqir etmiş ölkə Azərbaycandan mütləq şəkildə üzr istəməli idi"

Həbib Mikayıllı

© APA | Həbib Mikayıllı

# 17 sentyabr 2023 14:59 (UTC +04:00)

Məscidlərimizi, dini və tarixi abidələrimizi məhv etmiş, təhqir etmiş ölkə Azərbaycandan mütləq şəkildə üzr istəməli idi.

APA xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Lakin bu gün biz görürük ki, Ermənistan, əksinə olaraq, bizimlə informasiya müharibəsi aparmaqdadır", - o əlavə edib.

Həbib Mikayıllı onu da qeyd edib ki, itkin düşən şəxslərin taleyi siyasi deyil, humanitar problemdir.

"Bu mənada, həmin kəslərin taleyin müəyyənləşdirilməsi üçün münaqişənin bitməsini gözləmək lazım deyil. Biz bunu hər zaman demişik, yenə də deyirik", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR