Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
APA-nın xəbərinə görə, qərara əsasən, peşə təhsili üzrə ixtisasların sayı artırılıb.
“Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” Reklam işi” ixtisas qrupuna “Reklam dizayneri”, “İnteryer və eksteryerin bədii tərtibatı” ixtisas qrupuna “Florist”, “Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar” ixtisas qrupuna “Ağac nəqqaşı” ixtisasları əlavə edib.
Eyni zamanda “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” Mühasibat işi” ixtisas qrupuna “Mühasibat uçotu”, “Sığorta işi” ixtisas qrupuna “Sığorta işçisi”, “Kommersiya” ixtisas qrupuna “Dayə”, “Logistika operatoru”, “Merçandayzer”, “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” və “Tədbirlərin təşkilatçısı”, “Kino-video nümayişi” ixtisas qrupuna “İşıq operatoru”, “Media və audiovizual texnologiyaların istismarı”, “Kinomontajçı” və “Səs operatoru”. “ İaşə xidməti” ixtisas qrupuna “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Somelye” və “Barista”, “Kimyəvi təmizləmə aparatçısı” ixtisas qrupuna “Kimyəvi və quru təmizləmə işləri üzrə operator”, “Bərbərlik” ixtisas qrupuna “Qrimçi-pastijor”, “Lazer epilyasiyası və depilyasiya texniki”, “Makiyaj ustası” və “Saç kəsimi və gözəllik xidmətlərinin təşkili”, “Bələdçilik” ixtisas qrupuna “Turizm təşkilatçısı”, “Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatika sistemlərinin istismarı” və “Avtomatika üzrə usta” ixtisasları əlavə edilib, “Gəmiçilik xidməti” ixtisas qrupunda “Növbətçi köməkçisi” ixtisası “Növbətçi” ixtisası ilə əvəzlənib. “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupu üzrə “Kompyuterlərin təmiri və xidməti üzrə texnik” ixtisasında “Kompyuterlərin” sözü “Kompüterlərin” sözü ilə, “Telekommuni- kasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisasında “kompyuter” sözü “kompüter” sözü ilə və “Kompyuter operatoru” ixtisasında “Kompyuter” sözü “Kompüter” sözü ilə əvəzlənib, “Sistem və şəbəkə xidməti üzrə texnik”, “Veb-dizayner və proqram təminatçısı”, “Kompüter sistem inzibatçısı”, “Kibertəhlükəsizlik”, “Kompüter sistemlərində proqramlaş- dırma”, “Veb-dizayn və proqram təminatı”, “İnformasiya- kommunikasiya texnologiyaları üzrə texnik”, “Kompüter sistemlərində proqram təminatı”, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” və “Kompüter ustası” ixtisasları əlavə edilib. Siyahəya “Mühafizə işi”, “Mehmanxana işi” və “Kinoloji xidmət” ixtisas qrupları da əlavə olunub.
“Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə “Bitkiçilik” ixtisas qrupuna “Bitkiçilik mütəxəssisi”, “İntensiv bağçılıq üzrə işçi”, “İstixana operatoru” və “Meyvə ustası” ixtisasları əlavə edilib, “Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət” ixtisas qrupu üzrə “Dizel mühərrikinin motorçusu” ixtisası ləğv edilib. Siyahıya “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” və “Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı” ixtisasları əlavə olunub. “Maşın-traktor parkına texniki xidmət” ixtisas qrupuna “Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik” və “Aqroservis mütəxəssisi” ixtisasları əlavə edilib.
“Heyvandarlıq üzrə mütəxəssis” ixtisas qrupuna “Baytar texniki”, “Baytarlıq və heyvandarlıq işi” və “Heyvandarlıq mütəxəssisi” ixtisasları, “Meliorasiya və çilingər işləri” ixtisas qrupuna “Suvarma sistemlərinin operatoru” , “Yeraltı mədən işləri” ixtisas qrupuna “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisasları əlavə edilib, “Quyuların təmiri” ixtisas qrupunda “Quyuların əsaslı təmiri üzrə qazmaçının köməkçisi” ixtisası “Quyuların əsaslı təmiri üzrə qazmaçı” ixtisası ilə əvəzlənib. “İstismar və kəşfiyyat quyularının qazılması” ixtisas qrupunda “İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi” ixtisası “İstismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı” ixtisası ilə və “İstismar və kəşfiyyat quyularının elektrik üsulu ilə qazmaçı köməkçisi” ixtisası “İstismar və kəşfiyyat quyularının elektrik üsulu ilə qazmaçısı” ixtisası, “Quyuların dəniz qazması” ixtisas qrupunda “Dənizdə üzən qazma aqreqatının qazmaçı köməkçisi” ixtisası “Dənizdə üzən qazma aqreqatının qazmaçısı” ixtisası ilə əvəzlənib.
“Bağ-park və landşaft sahələrinə nəzarət” ixtisas qrupuna “Bağban- dekorator” ixtisası əlavə edilib, “Kibrit hazırlanmasında avtomat və yarımavtomat xətlər, kibrit istehsalı avadanlıqlarının işlədilməsi” ixtisas qrupunda “Qutudoldurma dəzgahının operatoru” ixtisası ləğv olunub. “Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Üzlükçü dizayner” ixtisası əlavə olunub.
Siyahıya “ Balıqçılıq” ixtisas qrupu da əlavə olunub. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə “Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıq- larına xidmət və təmiri” ixtisas qrupuna “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis”, “Elektrik avadanlıqlarına xidmət və təmiri (sahələr üzrə)” ixtisas qrupuna “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı”, “Elektron avadanlıqlarına xidmət” ixtisas qrupuna “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Elektronika ustası”, “Rabitə” ixtisas qrupuna “Çağrı mərkəzi operatoru” ixtisası əlavə edilib.
Siyahıya “Alternativ və bərpa olunan enerji mənbələri sistemlərinə xidmət” ixtisas qrupu əlavə olunub. Bura Külək turbinləri quraşdırıcısı təmirçisi, Günəş panelləri quraşdırıcısı təmirçisi, Bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, Alternativ enerji qurğu avadanlıqlarının istismarı ixtisasları daxildir.
“Metallurgiya, maşınqayırma və metal emalı” peşə istiqaməti üzrə “Poladəritmə (istehsalın növlərinə görə)” ixtisas qrupunda “Marten sobası poladəridicisinin köməkçisi” ixtisası “Marten sobası poladəridicisi”, “Elektrik sobası poladəridicisinin köməkçisi” ixtisası “Elektrik sobası poladəridicisi”, “Elektroşlak yenidənəritmə qurğusunun poladəridicisinin köməkçisi” ixtisası “Elektroşlak yenidənəritmə qurğusunun poladəridicisi” ixtisası ilə əvəzlənib. “Qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri)” ixtisas qrupuna “Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı” və “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasları əlavə edilib, “Ağac tədarükü və daşıma” ixtisas qrupunda “Qırılacaq meşə sahəsinin hazırlanmasında, ağacın daşınmasında və çıxarılmasında traktorçu” ixtisası ləğv olunub. “Soyuducu qurğulara xidmət” ixtisas qrupuna “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Mexaniki emalda dəzgah və avadanlıqların sazlanması” ixtisas qrupuna “Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı”, “Torna və frezer dəzgahı” ixtisas qrupunda “Rəqəmli idarə olunan dəzgahların kompyuter operatoru (CAD/CAM/ CAE)” ixtisasında “kompyuter” sözü “kompüter” sözü ilə əvəzlənib və həmin ixtisasdan sonra “Torna və frezer dəzgahlarının operatoru” ixtisası əlavə edilib. ““Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə “Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupunda “Uçan aparatların hidropnevmatik sistemləri üzrə mexanik” ixtisası ləğv edilib.
“Gəmi xidməti” ixtisas qrupu üzrə isə “Şkiper köməkçisi” ixtisası ləğv edilib, “Növbə matrosu” ixtisası əlavə olunub. “Bosman” ixtisas qrupunda isə “Matros” ixtisası ləğv edilib. “Hərəkət tərkibinin təmiri və xidməti” ixtisas qrupuna “Dəmiryol stansiyası və keçidi növbətçisi”, “Nəqliyyat terminalına xidmət” ixtisas qrupuna “Avtoyükləyici operator” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator” ixtisasları əlavə edilib.
“Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupu “Dizel mühərriklərində yanacaq aparatlarının çilingəri” ixtisası ləğv edilib, “Avtomobil rəngsazı”, “Avtomobil üzrə dəmirçi” və “Avtomobil mexatronikası üzrə texnik”, “Avtomotonəqliyyat vasitələrinin texniki vəziyyəti” ixtisas qrupuna “Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə)”, “İnşaat maşınına xidmət” ixtisas qrupuna “Ekskavator maşinisti” ixtisasları əlavə olunub, “Gəmi yolu xidməti” ixtisas qrupunda “Sahil fəhləsi” ixtisası “Stividor” ixtisası ilə əvəzlənib.
“İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqaməti üzrə “Şəkər istehsalı aparatı” ixtisas qrupunda “Diffuz şirəsinin defeksaturasiya aparatçısı”, “Dondurma istehsalı” ixtisas qrupunda “Dondurmanın möhkəmləndiricisi” ixtisası ləğv edilib.
“Ət və ət məhsulları istehsalı” ixtisas qrupu üzrə “Quş və dovşan cəmdəklərinin çeşidləyicisi” və “Qiymə tərtibatçısı” ixtisasları ləğv edilib, “Əti sümükdən ayıran” ixtisası “Ət kəsimi və satışı işçisi, qəssab” ixtisası ilə əvəzlənib. “Modelçilik və dizayner” ixtisas qrupuna “Moda dizaynı” və “Səhnə kostyumları üzrə dərzi” ixtisasları əlavə edilib, “Elektron yığma və səhifələmə” ixtisas qrupunda “Kompyuter üzrə operator, dizayner” ixtisasında “Kompyuter” sözü “Kompüter” sözü ilə əvəzlənib.
“İnşaat və arxitektura” peşə istiqaməti üzrə “Mənzil-kommunal təsərrüfatı” ixtisas qrupuna “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Bəzək tamamlama işləri” ixtisas qrupuna “Rəngsaz və suvaq ustası”, “Ümumi inşaat işləri” ixtisas qrupuna “Binaların tikintisi və istismarı”, “İnteryer dizayn” və “Quru inşaat işləri ustası”, “İnşaatda quraşdırma işləri” ixtisas “Dəmirbənd və taxtabənd quraşdırıcısı” və “Plastik qapı və pəncərə ustası”, “İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “Plastik boru qaynaqçısı”, “Kombi və kondisioner ustası” və “İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis” ixtisasları əlavə edilib.
Qeyd edilib ki, bu Təsnifatda “Merçandayzer” dedikdə satış obyektlərinin satışı və marketinqi ilə əlaqəli işlərin icraçısı, “Somelye” dedikdə iaşə müəssisələrində şərabın saxlanılmasını və müştərilərə təqdim edilməsini həyata keçirən işçi, “Barista” dedikdə qəhvə və digər isti (soyuq) içkiləri hazırlayan, habelə təqdim edən işçi, “Oteldə konsiyerj” dedikdə otel xidmətləri üzrə müştəriləri məlumatlandıran işçi, “Stividor” dedikdə gəmiyə yüklərin yüklənilməsi və boşaldılması ilə məşğul olan işçi başa düşülür.
Ümumilikdə, Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na 5 yeni ixtisas qrupu və 95 yeni ixtisas əlavə edilib, 24 ixtisas ləğv olunub və ya adı dəyişdirilib.