Bank Of Baku

Qaxda dağlıq ərazilərə qar yağıb - FOTO

Qaxda dağlıq ərazilərə qar yağıb - FOTO
# 12 sentyabr 2023 16:26 (UTC +04:00)

Qax rayonunda yüksək dağlıq ərazilərə qar yağıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, sentyabrın 6-dan ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürməyə başlayıb. Sentyabrın 7-si səhər saatlarında Balakən rayonun Katex və Zaqatala rayonunun Qəbizdərə kəndlərinin inzibati ərazisinə güclü dolu yağıb. Dolu nəticəsində 100-dən çox evin dam örtüyü yararsız hala düşüb. Bölgəyə yağan leysan nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq bir sıra kəndlərin ərazilərini basıb. Sentyabrın 11-i axşamdan başlayaraq, bölgədə yenidən qeyri-sabit hava müşahidə olunur. Gecə saatlarından başlayaraq yağış yağır, duman var, havanın temperaturu 12 dərəcəyədək enib. Yüksək dağlıq ərazilərdə temperaturun daha da düşdüyü bildirilir.

Qax rayonunun dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinin inzibati ərazisinin yaxınlığındakı dağlara qar yağıb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR