Bank Of Baku

Qaxda məktəbin liseyə çevrilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

Qaxda məktəbin liseyə çevrilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
# 23 iyun 2023 14:39 (UTC +04:00)

Qax şəhər 3 nömrəli tam orta məktəbin fəaliyyətini dayandırıb, liseyə çevrilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə Təhsil Sektorunun müdiri Babək Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda Vaqif Əliyev adına Qax şəhər 3 nömrəli orta məktəbdə yeni binanın tikintisi davam etdirilir:

"Eyni zamanda, adıçəkilən məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Növbəti tədris ilindən məktəb öz fəaliyyətini əvvəllər olduğu yerdə davam etdirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR