Bank Of Baku

Qazaxıstanda meşə yanğınıyla bağlı yanlış proqnoza görə cinayət işi açılacaq

Qazaxıstanda meşə yanğınıyla bağlı yanlış proqnoza görə cinayət işi açılacaq
# 11 iyun 2023 15:06 (UTC +04:00)

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları meşə yanğını ilə bağlı yanlış proqnoz verib, bu səhlənkarlıq cinayətdir.

APA-nın "sputnik.kz"-yə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Abay bölgəsində meşə yanğınlarında həlak olanların yaxınları ilə görüşdə bildirib.

Kasım-Comart Tokayev deyib ki, hazırda iclas gedir, prokurorluq xətti ilə onların hamısı məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, iyunun 8-də Qazaxıstan Fövqəladə Hallar Nazirliyi meşə yanğınının 0,3 hektar ərazini əhatə etdiyi barədə məlumat yayıb, iyunun 9-da yanğın 30 min hektar ərazini əhatə edib.

Yanğın zamanı meşə təsərrüfatının 14 əməkdaşı həlak olub. Qazaxıstan Prezidenti iyunun 12-ni Milli Matəm Günü elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR