Bank Of Baku

Qazıxanlı və Qızılitəndəki təzahürlər yataq kimi formalaşa bilər

Qazıxanlı və Qızılitəndəki təzahürlər yataq kimi formalaşa bilər
# 18 noyabr 2022 16:56 (UTC +04:00)

Şərqi Zəngəzur iqtisadi rayonunda 850-ə yaxın filiz və qeyri-filiz təzahürü var.

APA xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xidmət rəisi təzahürlə yatağın fərqinə diqqət çəkib:

“Bu təzahürlərin hamısını yataq kimi istifadəyə vermək mümkün deyil. Son təftişlərimiz zamanı Kəlbəcərin Qazıxanlı və Qızılitən zonalarındakı təzahürlərin yataq kimi formalaşa biləcəyi qənaətinə gəldik. Yəni bu təzahürlər yatağa çevrildikdə orada qazıntılar aparmaq olacaq”.

O qeyd ki, işğal dövründə Kəlbəcər rayonu ərazisində qızıl, mis və gümüşlə bağlı yataqlar istismar edilib:

“Belə ki, Kəlbəcərin Söyüdlü, Qızılbulaq, Tərtərin Dəmirbulaq, Zəngilanın isə Vejnəli qızıl yataqları işğal dövründə istismar edilib. İlk işimiz məhz bu yataqların monitorinqi olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR