Bank Of Baku

Qeyri-iş günləri ilə əlaqədar dərslərin tarixləri dəqiqləşib

Qeyri-iş günləri ilə əlaqədar dərslərin tarixləri dəqiqləşib
# 01 noyabr 2023 17:43 (UTC +04:00)

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. 11 noyabr şənbə, 12 noyabr bazar günüdür. Beləliklə, 5 gün ardıcıl (8, 9, 10, 11, 12 noyabr) iş olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR