Binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır.
APA xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır.
Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır: “Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq?! Zəlzələ ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu, nəzərə alınır. Zəlzələ ilə bağlı maarifləndirməyə ehtiyac var. Zəlzələni əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”.