Bank Of Baku

Qusarda qidadan zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Qusarda qidadan zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 17 avqust 2023 16:31 (UTC +04:00)

Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.

***

15.34

Bu gün Qusar rayonunda 5 nəfər şəxs qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya müraciət edib. Qusar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən şəxslərə müvafiq tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir. Onların həyatı üçün hər hansı təhlükə yoxdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR