Fiziki şəxs tərəfindən ehtiyacı olan dərman vasitəsinin gətirilməsinə hər hansı məhdudiyyət yoxdur. Xaricdə müalicə alan şəxs ölkəyə gələndə ehtiyacı olan dərmanları özü ilə gətirə bilər.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, əksinə, qanuna dəyişiklikdə Azərbaycanda müalicə alan şəxslər üçün dövlət qeydiyyatında və satışda olmayan dərman vasitəsinin sifariş əsasında xaricdən gətirilməsinə şərait yaradılır.