Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş direktor təyin edilib.
Bu barədə APA-ya Nazirlikdən xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, Xəstəxananın baş direktoru Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.