Bank Of Baku

Rumıniyalı səyyah: Beynəlxalq ictimaiyyət minatəmizləmə işində Azərbaycana yardım etməlidir

Rumıniyalı səyyah: Beynəlxalq ictimaiyyət minatəmizləmə işində Azərbaycana yardım etməlidir
# 06 noyabr 2023 12:21 (UTC +04:00)

“Azərbaycan minatəmizləmə sahəsində böyük işlər görür”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu işğaldan azd edilən ərazilərə səfər edən beynəlxalq səyyahlardan biri, rumıniyalı Mattey Russu deyib.

O qeyd edib ki, minatəmizləmə çox mürəkkəb və çətin işdir: “Nəzərə alsaq ki, minaların harada olması ilə bağlı dəqiq xəritələr yoxdur və bu, minaların tapılması və onların zərərsizləşdirməsi işini çox çətinləşdirir. Əlbəttə ki, bu işi başqa ölkələrin köməyi olmadan etmək çətindir, lakin Azərbaycanın bunu beynəlxalq ictimaiyyətin yardımı və dəstəyi olmadan etməsi qürurlu bir haldır. Bu, həll edilməsi lazım olan böyük işdir və Azərbaycan bu işin öhdəsindən yaxşı gəlir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardıma gəlsə, vəziyyət daha yaxşı olar və bu proses daha az zaman alar”.

Rumıniyalı səyyah Azərbaycanın gözəl ölkə olduğunu da vurğulayıb: “Qarabağın möhtəşəm mənzərəsi var, paytaxt Bakı müasir binaları və tarixi ilə çox gözəldir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR