Bank Of Baku

Rusiyadan gətirilən 20 ton günəbaxan tumunun istehlaka yararsız olduğu aşkarlanıb

Rusiyadan gətirilən 20 ton günəbaxan tumunun istehlaka yararsız olduğu aşkarlanıb
# 07 iyul 2023 09:45 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan APA-ya verilən xəbərə görə, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "MİQ" MMC-nin istehsalı olan (ixracatçı “Darkuş Aqro” MMC) 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR