“Lime and Co” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039.5 kq dondurulmuş hind quşu budu məhsulunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
AQTA-dan APA-ya bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.
Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.