Sabirabadda minik maşını traktorla toqquşub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Bulduğ kəndində qeydə alınıb.
"VAZ 2106" markalı avtomobilin traktorla toqquşması nəticəsində minik maşınında olan Bulduq kənd sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu və sürücü, 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirliblər.
Vəziyyəti ağır olan sürücü əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.