Bank Of Baku

Sabirabadın Narlıq kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək istifadəyə verilib - FOTO

Sabirabadın Narlıq kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək istifadəyə verilib - FOTO
# 15 sentyabr 2023 11:36 (UTC +04:00)

Sabirabad rayonunun Ə. Səmədov adına Narlıq kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək istifadəyə verilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Narlıq kəndində 1975-ci ildə inşa olunan Ə.Səmədov adına tam orta məktəb istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən bu ilin əvvəlində inşasına başlanılıb.

Bilik Gününə hazır olan iki mərtəbəli yeni məktəb binası 300 şagird yerlik və 4 korpusdan ibarətdir. Yeni tədris ilini tam təmirli məktəbdə başlayan şagird və müəllimlər üçün keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə müasir standartlara cavab verən fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası qurulub. Həmçinin məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndələri, Sabirabad rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, regional təhsil şöbəsinin əməkdaşları və məktəbin adını daşıdığı, rayonun ilk şəhidi, polis leytenantı Əhmədağa Səmədovun həyat yoldaşı Lətafət Səmədova çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR