Bank Of Baku

Sahib Məmmədov: Ermənistan ekoloji terrorizmlə məşğuldur

Sahib Məmmədov: Ermənistan ekoloji terrorizmlə məşğuldur
# 18 iyul 2023 14:07 (UTC +04:00)

Ermənistan həm də ekoloji terrorizmlə məşğuldur.

Bunu APA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib.

Sahib Məmmədov deyib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərinə bərpası mümkün olmayan, yaxud bərpası uzun müddət tələb edən zərər vurub, ekoloji terror törədib: “Fauna və floraya ciddi ziyan vurulub. O cümlədən mədən sənayesi fəaliyyətini bərbad şəkildə həyata keçiriblər, su mənbələrimizi çirkləndiriblər. Eyni zamanda, Ermənistanda bütün kimyəvi, zərərli maddələr istehsal edən, yaxud əlvan filizlər emal edən bütün müəssisələrin maye tullantıları çaylar vasitəsi ilə Azərbaycan ərazisinə daxil olur, ölkəmizin su mənbələrini çirkləndirir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri qeyd edib ki, Prezident İlham Əliyev də Ermənistan tərəfindən “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyası) pozulduğunu diqqətə çatdırıb: “Eyni zamanda, Azərbaycan bir qrup QHT Ermənistan Baş naziri Nikol Paşinyana müraciət etmişdi. Amma Paşinyana müraciətə Ermənistanın Mədənçilər və Metallurqlar İttifaqı ironik cavab vermiş, müraciət edənləri Azərbaycanda mövcud olan və olmayan vətəndaş cəmiyyəti qurumları adlandırmışdılar. Eyni zamanda, məntiqsiz bir arqumentləri də bu idi ki, Ermənistan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün üzvüdür, Azərbaycan isə üzvü deyil. Bunun da məsələyə heç bir aidiyyəti yox idi. Əvvəla, Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün əsasını qoyanlardan olub, sonradan 2017-ci ildə oranı tərk etməyə məcbur olub. İkincisi də ətraf mühit məsələlərinin Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə nə dəxli var?! Ona görə də Azərbaycanın QHT-ləri növbəti addım atıb. Vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın törətdiyi ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur”.

Sahib Məmmədov Azərbaycan Respublikası ilə Ermənistanın sərhədində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisinin dayandırılmalı olduğunu da vurğulayıb: “Azərbaycan dövləti də Ermənistan tərəfindən Espoo Konvensiyasının pozulmasıyla əlaqədar, həmin Konvensiyanın 15-ci maddəsinə uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir. Ermənistanın növbəti transsərhəd terrorunun qarşısını almaq üçün həm vətəndaş cəmiyyəti, həm də dövlət öz müvafiq addımlar atmalıdır ”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR