Bank Of Baku

Salyanda tullantıların qalaqlanması ilə bağlı bələdiyyə sədri 3 min manat cərimələnib

Salyanda tullantıların qalaqlanması ilə bağlı bələdiyyə sədri 3 min manat cərimələnib
# 29 iyun 2023 17:23 (UTC +04:00)

Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov APA-ya bildirib ki, Qaraçala qəsəbə ərazisində tullantıların qanunvericiliyə uyğun idarə olunmamasına görə, qəsəbə bələdiyyəsinin sədri Elnur Əhmədov barəsində akt tərtib edilib və nöqsanların aradan qaldırılması üçün ona məcburi göstəriş verilib.

"Məcburi göstərişin icra vəziyyəti yoxlanılarkən tələblərə əməl edilmədiyi müəyyən edilib və bələdiyyə sədri barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib", - Xidmət rəsmisi deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR