Bank Of Baku

Şəhərsalma məsələləri üzrə işçi qrupunun nümayəndələri Kəlbəcərdə ərazilərə baxış keçirib - YENİLƏNİB

Şəhərsalma məsələləri üzrə işçi qrupunun nümayəndələri Kəlbəcərdə ərazilərə baxış keçirib - YENİLƏNİB
# 07 sentyabr 2023 13:34 (UTC +04:00)

Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun üzvləri bərpa-quruculuq işləri aparılacaq ərazilərə baxış keçirib.

APA-nın Kəlbəcərə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndələr Kəlbəcərdə tikintyi aparılacaq ərazilərə də baxış keçiriblər.

Onlar rayondakı ilk yaşayış məhəlləsinə baxış keçirib. Həmin ərazidə inşa ediləcək yaşayış binalarında 444 mənzil olacağı planlaşdırılır.

***

11:38

“Kəlbəcər rayonunun ərazisində olduğu kimi, Kəlbəcər şəhərində də bərpa-quruculuq işləri başlayıb”.

APA xəbər verir ki, bunu Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclaslarında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“İlk növbədə, Kəlbəcər şəhərində 28 mayda açılmış hərbi hospitalın, hərbi hissənin təhvil verilməsi, bunda əlavə, bir neçə su elektrik stansiyasının açılışı buna misaldır. İlk növbədə, 2 nömrəli “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən gələn ilin may ayına kimi təxminən 500 ailənin köçürülməsi üçün lazımi tikinti işlərinin təhvil verilməsi nəzərdə tutulub”,- xüsusi nümayəndə qeyd edib.

Məsim Məmmədov tikinti materialları ilə bağlı təchizat məsələsinə də toxunub.

“İrəlidən qış gəlir. Bu məqsədlə çalışacağıq ki, yolların daşımalar üçün yaralı olması məqsədilə Kəlbəcər şəhəri və ətrafında tikinti materialları üçün ehtiyat resursların yaradılmasını həyata keçirək. Bununla da vaxtında dayanmadan işlərin həyata keçirilməsinə nail olacağıq.

İlk növbədə normativlərə əməl olunması qarşıda qoyula məqsədlərdən biridir. Bizim publik hüquqi şəxs Bakı Abadlıq Xidməti ilə daima yaxın təmasdadır. Lahiyələndirmə işləri, demək olar ki, başa çatmışdır. Bizim tərəfimizdən lazım olan bütün tədbirlər görülür və görülməkdədir. Şəhərsalma komitəsi ilə birlikdə yaxın bir il ərzində qarşıda qoyulan məqsədlərimizə çatacağıq”.

Nihat Pir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR