Ötən gün günorta saatlarında yağan qısamüddətli leysan nəticəsində Qubanın bir sıra yaşayış məntəqələrinə sel gəlib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonunun Qarxun, Yerfi, Rük, Adur kəndlərində sel suları bir neçə həyətə dolub və təsərrüfatlara ziyan vurub.
Quba Rayon Fövqəladə Hallar Komissiyasında APA-nın yerli bürosuna bildirilib ki, sel suları daha çox Yerfi kəndinə fəsadlar törədib. Burada kəndarası yollara, körpüyə, sakinlərə məxsus mal-qaraya, təsərrüfatlara ziyan dəyib. Bundan başqa, Tüləkəran inzibati ərazi dairəsinin bəzi kəndlərində də sel suları fəsadlar törədib.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.