Serbiyanın Novo Pazar şəhərinin meri Nihad Bişevaç, bu ölkənin Azərbaycandakı səfiri Dragan Vladisavljeviç, eləcə də Serbiyadan olan digər nümayəndələr işğal dövründə ermənilər tərəfindən dağıdılmış Şuşa şəhərinin tarixi abidələri ilə tanış olub.
APA xəbər verir ki, onlar yaşayış binalarının, mədəniyyət, təhsil, səhiyyə ocaqlarının üzləşdiyi vandalizm faktlarını əyani şəkildə müşahidə ediblər.
Daha sonra qonaqlar Cıdır Düzünə gediblər.
Nümayəndə heyətinə Şuşada dağıdılmış tarixi abidələrin bərpası, bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verilib.
Teymur Zahidoğlu