Bank Of Baku

Şəxsin vətəndaşlığı arbitr kimi təyin edilməsinə mane olmayacaq

Şəxsin vətəndaşlığı arbitr kimi təyin edilməsinə mane olmayacaq
# 30 oktyabr 2023 11:08 (UTC +04:00)

Tərəflər yalnız tək sayda arbitr müəyyən edə biləcək.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər arbitrlərin sayını, bu sayın tək olması şərti ilə müəyyən etməkdə sərbəstdirlər.

Tərəflər arbitrlərin sayını müəyyən etmədikdə 3 arbitr təyin ediləcək.

Layihəyə görə, arbitrin səlahiyyətinə (mandatına bu qanuna uyğun olaraq, xitam verildikdə tərəflər arasında bu barədə digər razılaşma olmadığı təqdirdə yeni arbitr əvəz edəcəyi arbitrin təyin olunduğu qaydalara uyğun olaraq təyin ediləcək.

Arbitrlər öz funksiyalarının icrası ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsindən azaddırlar, bir şərtlə ki, onlar öz funksiyalarını vicdanla yerinə yetirmiş olsunlar. Arbitrin öz funksiyalarının icrasından imtina etməsi və ya hərəkətsizliyi bu cür imtina və ya hərəkətsizliyin əsassız olduğunun sübut olunduğu hallar istisna olmaqla,

arbitrin məsuliyyətinə səbəb olmur.

Layihəyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, şəxsin vətəndaşlığı onun arbitr kimi təyin olunmasına mane ola bilməz.

Bu Qanuna əməl etmək şərtilə tərəflər arbitrlərin təyin edilməsi prosedurunu müəyyən etməkdə və ya arbitrləri razılaşdırmaqda sərbəstdirlər.

Tərəflər arasında digər razılıq yoxdursa, aşağıdakı qaydalar tətbiq edilir:

-. tək arbitrli arbitrajda tərəflər arbitrin təyin edilməsi barədə razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr bu Qanunda göstərilmiş məhkəmələr tərəfindən təyin edilir;

- 3 (üç) arbitri olan arbitrajda hər bir tərəf 1 (bir) arbitr təyin edir, təyin edilmiş

2 (iki) arbitr isə üçüncü arbitri təyin edir. Tərəflərdən biri digər tərəfin arbitr təyin edilmə barədə müraciətini aldıqdan 30 (otuz) gün müddətinə arbitr təyin etmədikdə və ya 2 (iki) arbitr təyin edildikləri gündən 30 (otuz) gün müddətində üçüncü arbitr haqqında razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr bu Qanunda göstərilmiş məhkəmələr tərəfindən təyin edilir.

Tərəflərin əvvəlcədən razılaşdırdığı arbitrlərin təyin edilməsi proseduru zamanı aşağıdakı hallarda tərəflər bu Qanunda göstərilmiş məhkəmələrdə zəruri tədbirlərin görülməsi üçün müraciət edə bilərlər, bir şərtlə ki, təyinetmə proseduru haqqında arbitraj sazişində digər qaydalar nəzərdə tutulmasın:

- tərəflərdən biri belə prosedura əməl etmədikdə;

- tərəflər və ya iki arbitr belə prosedura uyğun razılığa gələ bilmədikdə;

- üçüncü şəxs prosedura uyğun üzərinə düşmüş hər hansı funksiyanı yerinə yetirmədikdə.

Tərəflər arbitrlərin təyin edilməsini üçüncü şəxsə tapşıra bilərlər və bu halda bu Qanunda göstərilmiş qaydada arbitrlərin məhkəmə tərəfindən təyin edilməsinə dair məhkəməyə müraciət edilə bilməz.

Bu Qanunla müəyyən edilmiş məsələlərə dair bu Qanunda göstərilən məhkəmələr tərəfindən qəbul edilmiş qərar qətidir. Ondan şikayət verilə bilməz. Məhkəmə arbitr təyin edərkən tərəflərin arbitr üçün müəyyən etdikləri bütün zəruri tələbləri, o cümlədən müstəqilliyi və qərəzsizliyinə aid tələbləri, beynəlxalq arbitraj proseslərində təkbaşına arbitr və ya üçüncü arbitr təyin edildiyi hallarda həmçinin tərəflərin vətəndaşlığına mənsub olmayan, digər vətəndaşlığı olan arbitrin təyin edilməsinin məqsədəuyğunluğunu nəzərə almalıdır.

Tərəflər arbitrajın yerini razılaşdırmaqda sərbəstdirlər. Layihəyə əsasən, belə razılıq olmadıqda işin halları, o cümlədən tərəflər üçün əlverişliliyi nəzərə alınmaqla arbitrajın yeri arbitraj məhkəməsi tərəfindən müəyyən ediləcək.

Yuxarıda qeyd edilənlərdən asılı olmayaraq, tərəflər arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi arbitrlər arasında məsləhətləşmələrin aparılması, şahidlərin, ekspertlərin və ya tərəflərin dindirilməsi, malların, digər əmlakın və ya sənədlərin yerində müayinəsi baxımından əlverişli olan istənilən yerdə iclasını keçirə bilər.

Həmçinin, layihəyə əsasən, tərəflər arbitraj icraatının istənilən mərhələsində vəkil və ya digər nümayəndə ilə təmsil olunmaq hüququna malikdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR