Bank Of Baku

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub
# 20 iyun 2023 11:44 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq şöbələrinə qəbul ediliblər.

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə ümumilikdə 150-yə yaxın şəxsə sosial xidmətlər göstərilib.

Onlardan böyük hissəsi reabilitasiya kursunu artıq başa vurub. Hazırda burada 25-i qadın, 42-si kişi olmaqla 67 sakinə stasionar formada reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Onlardan 13 nəfəri uşaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR