“Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxananın direktoru Kamil Əhmədov vəzifəsindən azad olunub. Həmin vəzifəyə TƏBİB-in İxtisaslaşdırılmış tibbi yardım şöbəsinin əməkdaşı Pərviz Rüstəmbəyov təyinat alıb.