Bank Of Baku

SN: 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş direktoru yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib

SN: 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş direktoru yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib
# 05 aprel 2023 10:07 (UTC +04:00)

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsindən azad olunub.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən deyilib.

Bildirilib ki, Xəstəxananın baş direktoru Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş direktoru Ağahəsən Rəsulov isə açıqlamasında yeniyetmənin ruhi xəstə olmadığını, uşağın diaqnozunun sosiopatiya olduğunu qeyd edib. O deyib ki, yeniyetməni uşaq evinə göndərmək istəsələr də, müdiriyyət onu qəbul eləmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR