Vitamin çatışmazlığı kimi orqanizmdə hansısa vitaminin həddindən artıq olması da zərərlidir.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Zakir Quliyev deyib. Həkimin sözlərinə görə, vitamin qəbul edərkən mütləq həkimlə məsləhətləşmək lazımdır:
“Simptomlarla vitamin çatışmazlığı barədə diaqnoz qoyula bilməz. Həmin simptomlar başqa xəstəliklərin də əlamətləri ola bilər. Ona görə orqanizmdə hansısa vitaminin çatışmadığını müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır”.