Bank Of Baku

SN: Tez-tez qrip olanlar mütləq vaksin olunmalıdırlar

SN: Tez-tez qrip olanlar mütləq vaksin olunmalıdırlar
# 05 aprel 2023 15:15 (UTC +04:00)

Tez-tez qrip olan adamlar mütləq oktyabr, noyabr, dekabr aylarında vaksin olunmalıdırlar.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Zakir Quliyev deyib. Həkimin sözlərinə görə, dərman preparatları ilə də immuniteti gücləndirmək olar, lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır:

“İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qidalanmaq, yuxu rejiminə fikir vermək, aktiv həyat keçirməkdir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu həkim nəzarəti olmadan edilməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR