Bank Of Baku

Son bir ayda 2,2 mindən çox şəxs kiçik biznesini qurub

Son bir ayda 2,2 mindən çox şəxs kiçik biznesini qurub
# 09 sentyabr 2023 11:10 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Nazirlikdən APA-ya bildirilib ki, avqust ay ərzində daha 2211 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub. Proqram iştirakçıları onlara verilmiş aktivlər hesabına öz kiçik biznes sahələrini yaradıblar.

Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR