Bank Of Baku

Su hövzələrində təhlükəsizlik məsələləri geniş müzakirə olunub

Su hövzələrində təhlükəsizlik məsələləri geniş müzakirə olunub
# 20 iyun 2023 17:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xaçmaz və Neftçala rayonlarında müvafiq olaraq FHN-in Şimal və Muğan regional mərkəzləri ilə birgə “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, müşavirələrdə müvafiq rayon icra hakimiyyətlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Tədbirlərdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə olunub.

Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları” mövzusunda videoçarx nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR