Bank Of Baku

Sumqayıt sakinindən 415 ədəd metadon həbi götürülüb

Sumqayıt sakinindən 415 ədəd metadon həbi götürülüb
# 11 iyul 2023 12:40 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Ümid Əhmədovdan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

DİN-dən APA-ya verilən xəbərə görə, davam etdirilən tədbirlərlə onun Bakı şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR