Bank Of Baku

Şura katibi: Qlobal olaraq iqtisadi inkişafda ləngimə olduğunu görürük

Şura katibi: Qlobal olaraq iqtisadi inkişafda ləngimə olduğunu görürük
# 07 sentyabr 2023 13:14 (UTC +04:00)

Ümumilikdə, dünyada 1,5 milyon insan ifrat yoxsulluq dərəcəsində yaşayır. Onlar həm sosial, həm səhiyyə, həm təhsil xidmətlərinə çıxışda müəyyən məhdudiyyətlərlə qarşılaşırlar.

APA xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə deyib.

O bildirib ki, 2023 -cü ildə qlobal ÜDM-nin 3-5 faiz artacağı proqnozlaşdırılmışdı, amma bu böyümə cəmi 2,8 faiz təşkil edib.

"Beləliklə, qlobal olaraq iqtisadi inkişafda ləngimə olduğunu görürük. Bu, inkişaf etmiş ölkələrdə 1,2 faiz, inkişafda olan ölkələrdə isə 4 faiz arasında dəyişir. Bizim üçün də önəmli olan inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR