Bank Of Baku

Şüvəlanda yolda təmirlə bağlı 3 avtobusun hərəkət sxemi dəyişib

Şüvəlanda yolda təmirlə bağlı 3 avtobusun hərəkət sxemi dəyişib
# 31 iyul 2023 16:54 (UTC +04:00)

İyulun 31-dən etibarən Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

APA xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (112, 136, 146 №-li) hərəkət sxemi alternativ küçələrdən təşkil ediləcək. Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR