Paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən “L” və “A” tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bir neçə dəqiqədən sonra yol hərəkəti iştirakçılarının istifadəsinə verilən yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində quraşdırılıb.
NİİM-dən bildirilib ki, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni quraşdırılan svetoforlar artıq işə salınıb.
Bildirilib ki, nəqliyyat və piyada bölməli 9 ədəd yeni svetofor Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin edir.