Bank Of Baku

TƏBİB: 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90% azalması planlaşdırılır

TƏBİB: 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90% azalması planlaşdırılır
# 17 mart 2023 14:41 (UTC +04:00)

2030-cu ilə qədər vərəmdən əziyyət çəkənlərin cibdən ödənişlərinin minimuma endirilməsi hədəflənib.

APA xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib.

O bildirib ki, ÜST-ə üzv dövlətlər vərəmlə mübarizədə strategiya müəyyən edir, hədəflər qoyurlar: “Eynən bizdə də həmin strategiya və hədəflər əsas götürülüb. 2015-ci illə müqayisədə 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90%, xəstələnmə hallarının 80% azalmasına, xəstəlikdən əziyyət çəkənlərin cibdən ödənişlərinin isə minimuma endirilməsinə nail olmaq planlaşdırılır. Vərəmlə mübarizə strategiyamızda bu, əsas yer tutur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR