Bank Of Baku

Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərlə bağlı İşçi Qruplar yaradılıb

Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərlə bağlı İşçi Qruplar yaradılıb
# 05 avqust 2023 11:02 (UTC +04:00)

Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərlə bağlı İşçi Qruplar yaradılıb.
APA xəbər verir ki, bu barədə Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının iclasında bildirilib.

İclasda həmçinin təşkilati məsələlərə baxılmış, Komissiya Katibliyinin tərkibi təqdim olunmuş, Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələr - “Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi”, “Texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi” və “Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təhlili və təkmilləşdirilməsi” üzrə mütəxəssislərdən ibarət işçi qrupların tərkibi təsdiq olunub və digər məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR