Bank Of Baku

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək
# 28 yanvar 2026 11:01 (UTC +04:00)

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstəriləcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi və defektoloji, habelə “Psixoloji yardım haqqında” qanun ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR