Şuşanı çoxdan görmək istəyirdim.
APA xəbər verir ki, bunu Türkiyənin Baş prokuroru Bekir Şahin Bakıda jurnalistlərə açıqlamasında bildirib:
"Şuşa və Füzulidə olan çox binalar dağıdılıb, yerlə-yeksan edilib. Bu, məni çox sarsıtdı. Şuşada çox böyük tikinti və yenidənqurma işləri aparılır və mən inanıram ki, gələn il bura gələndə daha da gözəl bir Şuşa görəcəyəm. Şuşanın bu qədər gözəl və ecazkar təbiətinin olduğunu təsəvvür etmirdim".
Türkiyə Baş prokuroru tez bir zamanda Zəngəzur dəhlizinin açılacağına da ümid etdiyini deyib.
Bekir Şahin bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistanın iştirakı ilə yaradılıb. 2012-ci ildə İƏT-in Baş Prokurorları iclası Tehranda, 2-ci iclas Antalyada, 3-cüsü isə İslamabadda keçirilib: "2021-ci ildə Türk Dövlətləri Təşkilatı dövlətlərinn Baş Prokurorları Şurasını qurduq. Hazırda isə İslam Əməkdaşlıq Təşkilatı Baş Prokurorları Şurasının yaradılması üzrərində işlər görülür”.