Bank Of Baku

Türkiyə DİN rəhbəri: Zəlzələ zamanı TDT dövlətləri yardıma ilk gələnlər idi

Türkiyə DİN rəhbəri: Zəlzələ zamanı TDT dövlətləri yardıma ilk gələnlər idi
# 07 sentyabr 2023 11:06 (UTC +04:00)

Türkiyədə baş verən zəlzələ zamanı türk qardaşlarımızın köməklərini və göz yaşlarını heç zaman unutmayacağıq.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

O bildirib ki, Türkiyə zəlzələ zamanı böyük fəlakət yaşayıb: "Zəlzələ zamanı 14 milyondan çox insanımız zərər gördü. 50 mindən çox vətəndaşımız həyatını itirib. Bu bizim üçüm böyük acı idi. Biz zəlzələnin ilk günü beynəlxalq yardım istədik. Bir çox ölkələr müraciətimizə cavab verdi. 90 ölkədən Türkiyəyə yardımlar gəldi. Türk dünyası dövlətləri şəxsi heyətləri və humanitar yardımları ilə ilk gələn ölkələr idi. Türk qardaşlarımız çətin günlərimizdə bizi tək buraxmadı. Göndərdiyiniz heyətlərin əməyi nəticəsində bir çox vətəndaşımız xilas edildi. Kahramanmaraşda Azərbaycan tərəfindən qurulan iki səhra xəstəxanasında 1410 vətəndaşımız müalicə aldı. Azərbaycandan və digər ölkələrdən gələn çadırlara zəlzələdən əziyyət çəkən vətəndaşlarımız sığındı. Bizimlə birlikdə həm işlədilər, həm də birlikdə ağladılar, kədərləndilər. Biz bunları unutmayacağıq. Allah bir də belə hadisələri sizlərə də, bizlərə yaşatmasın. Bu səbəbdən belə hadisələrlə bağlı bütün dünya birləşməli və yardımlaşmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR