Türkiyənin Ərzurum əyalətinin Horasan rayonunda yük maşını jarndarma avtomobilinə çırpılıb.
APA xəbər verir ki, hadisə nəticəsində 4-ü təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları xəsarət alanları xəstəxanalara çatıdrıblar.
Hərbçilər Ərzurum şəhər xəstəxanasına, yük maşınının sürücüsü və mühafizəçi isə Horasan dövlət xəstəxanasında çatdırılıb.
Qəzanın səbəbi hələlik məlum deyil.