Bank Of Baku

Ukraynalı uşaqlar Şəkiyə səfər edib - FOTO

Ukraynalı uşaqlar Şəkiyə səfər edib - FOTO
# 10 avqust 2023 12:09 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların Şəkiyə ekskursiyası təşkil edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrində gəzintisi təşkil olunur. İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar, ardınca Qəbələ rayonuna səfər edib, daha sonra Şəkiyə gəliblər.

Onlar Şəkidə yerləşən tarixi-memarlıq abidələri ilə tanış olublar, Xan Sarayı və Karvansaraya səfər ediblər. Uşaqlar Şəki mətbəxi ilə də tanış olublar.
Şəki ekskursiyasının ardınca uşaqların Şamaxıya da səfərinin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. Onlar art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Düşərgə iştirakçıları psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR