Bank Of Baku

Ümumi təhsil və ali məktəblər üçün elektrik gücünün necə müəyyən ediləcəyi məlum olub

Ümumi təhsil və ali məktəblər üçün elektrik gücünün necə müəyyən ediləcəyi məlum olub
# 07 noyabr 2023 17:41 (UTC +04:00)

Ümumi təhsil və ali məktəblər üçün elektrik gücünün necə müəyyən ediləcəyi məlum olub.

APA xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda əksini tapıb.

Qərara əsasən, ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin, həmçinin internat tipli ümumi təhsil müəssisələrinin yataqxanalarının elektrik hesabat gücü, bu Qaydanın tələblərinə uyğun olaraq, tədris kompleksinin hesabat gücündə payı 0,2 əmsalı nəzərə alınmaqla müəyyən edilir.

Həmçinin, qərara əsasən, bir kompleksə aid olan, lakin müxtəlif funksional təyinatlı tikinti obyektləri (məsələn, peşə təhsili müəssisələrinin tədris binaları və emalatxanaları, xüsusi təhsil müəssisələri və məktəblər, bərbərxanalar, atelyelər, məişət xidməti obyektlərinin təmir emalatxanaları, ictimai binalar və data mərkəzləri və s.) üçün nəzərdə tutulmuş ictimai binaların (yerləşgələrin) güc giriş nöqtələrində elektrik hesabat gücü, onların güclərinin maksimumlarının uyğunsuzluq əmsalı 0,85-ə bərabər olmaqla müəyyən edilməlidir. Bu halda, ümumi hesabat gücü istehlakçı qruplarının ən böyük gücə malik hesablanmış elektrik gücündən az olmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR