Bank Of Baku

UNEC QS Dünya Universitetlər Reytinqində ölkə birincisi olub

UNEC QS Dünya Universitetlər Reytinqində ölkə birincisi olub
# 04 iyul 2023 15:47 (UTC +04:00)

QS Dünya Universitetlər Reytinqi 2024 (QS World University Rankings 2024) açıqlanıb.

APA xəbər verir ki, reytinq sıralamasında UNEC ölkə üzrə birinci olub.

UNEC dünya universitetləri sırasında əvvəlki mövqeyini daha da möhkəmləndirərək, dünyanın ən yaxşı 1001+ universiteti sırasında yer alıb.

Qeyd edilib ki, 2018-ci ildə qəbul edilən “UNEC-100” İnkişaf Strategiyasına əsasən, universitetin strateji hədəfi UNEC-in 100 illiyində (2030) dünyanın TOP500 universitetləri sırasına daxil olmaqdır. Bu istiqamətdə qarşıya qoyulan birinci məqsəd UNEC-in QS Dünya Universitetlər Reytinqinə daxil olması idi və UNEC ilk dəfə olaraq 2020-ci ildə QS-ə daxil oldu. İkinci məqsəd isə Azərbaycan üzrə QS-də birinci olmaq idi, 2023-cü ildə UNEC ölkə birinci olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR